Mete Kalkavan Əmrəni sarı vərəqə ilə cəzalandırıb
Türkiyə Superliqasının XXIX turu çərçivəsində “Beşiktaş” - “Antalyaspor” matçının ikinci hissəsində maraqlı bir hadisə olub.

İdman.com.az saytının məlumatına görə, oyunun baş hakimi Mete Kalkavan qarşılaşmanın 51-ci dəqiqəsində müdafiəçi Əmrə Güngörə sarı vərəqə göstərmək istəyib, lakin həmin vaxt cibində vərəqələrin olmadığını görüb. Daha sonra o başqa hakimin yanına gedib və onun vərəqələrini alıb.

Qeyd edək ki, qarşılaşmada baş hakim Kalkavan Əmrəni sarı vərəqə ilə cəzalandırıb. Sonda oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 852 dəfə oxundu.