Futbolçularımız baş məşqçisiz qaldı
Azərbaycanlı futbolçular – Rail Məlikov və Arif İsayevin çıxış etdikləri “Dənizlispor”un baş məşqçisi Səlahəttin Dərvənt istefa verib.

Futbol üzrə Türkiyənin PTT Birinci Liqasında mübarizə aparan klubun rəhbərliyi çalışdırıcının bu qərarını qəbul edib.


“Dənizlispor”un rəsmi saytının xəbərinə görə, rəhbərlik Dərvəntə göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar diləyib.

Xəbər 767 dəfə oxundu.