Kontedən «Siti»yə rədd cavabı
«Yuventus»un baş məşqçisi Antonio Konte «Mançester Siti»də analoji vəzifəni tutmaqdan imtina edib. İdman.com.az saytı xəbər verir ki, italyan mütəxəssis üçün bu, Dumanlı Albiondan gələn ilk təklif deyildi.

Daha öncə o, «Çelsi»nin baş məşqçi kürsüsünə favorit idi. İndi də «şəhərlilər» «Yuventus»u ikinci dəfə dalbadal çempionluq tituluna doğru daşıyan sükançını Mançesterdə görməyi çox istəyirdilər.

Konte daha əvvəl də «Yuve» ilə müqavilə müddətini sonadək başa vurmağı düşündüyünü və yalnız bundan sonra xarici təkliflərə baxacağını söyləmişdi.

Xəbər 848 dəfə oxundu.