«Benfika»nın İstanbul planı
«Fənərbağça»nın Avropa Liqası yarımfinalındakı rəqibi «Benfika» İstanbul səfəri öncəsi hər zamankından fərqli bir səyahət planı hazırlayır. İdman.com.az saytı xəbər verir ki, Lissabon klubu baş məşqçi Jorje Jesuşun müqaviləsini uzatmaq üçün də hərəkətə keçib.

Portuqaliya qəzetlərində gedən xəbərlərə görə 2009-cu ildən bu yana Lissabon klubunu çalışdıran və bu müddətdə 1 liqa çempionluğu, 3 liqa kuboku zəfəriylə birlikdə Avropa Liqasında 2 dəfə yarımfinal görən 58 yaşlı mütəxəssisə yeni bir müqavilə təklif ediləcək.

Jesuşun qarşısına 2 illik yeni bir müqavilə sənədi qoymağı düşünən «Benfika» rəhbərliyi, digər bir tərəfdən aprelin 25-də Şükrü Saracoğlu stadionunda oynanacaq ilk matç üçün qollarını çırmadı. Lissabon-İstanbul arası 5 saatlıq təyyarə səfəri əsnasında futbolçuların rahat bir səfər etməsini istəyən rəhbərlik bunun üçün lüks bir təyyarə kirayələyəcək.

Kresloların araları daha geniş olan bir təyyarə ilə İstanbul səyahətini planlayan «Benfika» rəhbərliyi bu sayədə futbolçuların uzun səfərin mənfi təsirlərindən sıyrılmasını təmin edəcək.

Xəbər 978 dəfə oxundu.