Kuper getdi, Gülər gəldi
«Orduspor» baş baş məşqçi kürsüsündə Hektor Kuperin yerinə Cavad Güləri gətirib. Klubun rəsmi saytında verilən açıqlamada «Orduspor»un baş məşqçisi vəzifəsini yerinə yetirən Hektor Kuperlə keçirilən görüşdə qarşılıqlı olaraq razılaşma təmin edilərək yolların ayrıldığı qeyd edilir və məşqçiyə komanda üçün çəkdiyi əməyə görə təşəkkür bildirilir.

İdman.com.az saytı xəbər verir ki, türiyəli mütəxəssis artıq komandada fəaliyyətə başlayıb. Gülər 2007-2008-ci illər mövsümündə «Qalatasaray»da baş məşqçi Feldkampın vəzifədən ayrılmasının ardından sükana keçmiş, qalan 5 həftədə həmin komanda ilə çempionluğa çatmışdı.

Xəbər 776 dəfə oxundu.