Raul Qətər çempionu olub
Madrid «Real»ının və İspaniya yığmasının keçmiş ulduzu Raul yeni bir zəfərə çatıb. İdman.com.az saytı xəbər verir ki, əvvəlki möhtəşəm mükafatlarından fərqli olaraq, ispan futbolçunun budəfəki nailiyyətini ekzotik mükafat da adlandırmaq olar. Raul ölkə çempionu adını qazanıb.

Ancaq əvvəllər dəfələrlə sevincini yaşadığı İspaniya çempionlağundan fərqli olaraq, bu dəfə o, Qətərin çempionu olub. Raul zəfərə hazırda şərəfini qoruduğu «Əl-Sədd»lə çatıb. Bu, «Əl Sədd»in 7 ildən sonra ilk zəfəridir. Raul komandasının bu çempionluq mövsümündə 9 qol vurub.

Xəbər 984 dəfə oxundu.