AGF Kubokunda neçə ölkə mübarizə aparacaq?
18-21 apreldə “Sərhədçi” Olimpiya-İdman Mərkəzində yeniyetmə, gənc sərbəst və yunan-Roma güləşiçiləri arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Yarışda bizim pəhləvanlarla yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan komandaları da iştirak edəcəklər.

Tədbirin proqramına əsasən, aprelin 18-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 21-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaqlar. Turnirin rəsmi açılış mərasimi 18 apreldə saat 17.00-da baş tutacaq. Qalib və mükfatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Xəbər 870 dəfə oxundu.