Raul Qonzales növbəti mükafatını qazanıb
İspaniya futbolunun canlı əfsanəsi Raul Qonzales növbəti mükafatını qazanıb.

“Real”ın sabiq kapitanı çıxış etdiyi “Əl-Sədd” klubu ilə Qətər çempionu olub. Çempionatın bitməsinə bir tur qalmış "Əl-Sədd” əsas titula sahib çıxıb. Mükafatlarına daha birini əlavə edən təcrübəli oyunçu sevincini belə ifadə edib:

“Mən bu klubda ilk mövsümdə qızıl medalları qazandığım üçün çox şadam. Mükafatlarıma daha birini əlavə etdim. Gələn mövsüm də belə çıxış etməyə çalışacağıq”.

Raul “Əl-Sədd”in heyətində 20 oyun keçirib və 9 qol vurub.

Qeyd edək ki, hücumçu “Şalke”dən Qətər klubuna transfer olunub.

Xəbər 779 dəfə oxundu.