Arif İsayevin aldığı qiymət
Türkiyə çempionatının I liqasında çıxış edən “Dənizlispor”un futbolçularının XXX turun “Karşıyaka” ilə oyunundakı qiymətləri məlum olub.

Türkiyə mətbuatı öz meydanında 1:2 hesabı ilə uduzan Dənizli təmsilçisinin üzvlərini 4-6 qiymətinə layiq bilib.

İdman.com.az saytının məlumatına görə,Meydan sahiblərinin yalnız 2 futbolçudan biri məhz Azərbaycan millisinin sabiq futbolçusu Arif İsayev olub. O, matçın 41-ci dəqiqəsində meydana daxil olub və komandasına yeganə qolu vuraraq yarımmüdafiəçimizin oyunu “6” ilə qiymətləndirilib.

Qeyd edək ki, o, meydana sonradan çıxan digər futbolçu Alkanla birlikdə “Dənizlispor”un heyətində qarşılaşmanın ən yaxşılarından olub.

Xəbər 893 dəfə oxundu.