Ağdamda cüdo üzrə açıq rayon birinciliyi keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Ağdam rayon Gənclər və İdman idarəsi tərəfindən 13-14 aprel tarixlərində Quzanlı qəsəbəsində uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

İdmançılarla yanaşı Bərdə, Yevlax, Naftalan, Goranboy, Ağcəbədi, Beyləqan, İmişli və Laçın rayon idmançılarının iştirakı ilə keçirilən yarışın məqsədi ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinin idmançılar arasında təntənəli şəkildə qeyd edilməsi, cüdo idman növünün inkişafının və kütləviliyinin artırılmasını dəstəkləmək, idmançıların fiziki hazırlıqlarını möhkəmləndirmək, qarşıdakı yarışlara hazırlıq, habelə digər şəhər və rayonlarda yaşayan idmançılarla dostluq əlaqələrini genişləndirməkdən ibarət olub.

Olimpiya sistemi üzrə keçirilən yarışın qalibləri rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq qaydada diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 785 dəfə oxundu.