Siyəzəndə rayon birinciliyi keçirilib
Siyəzən rayon Gənclər və İdman İdarəsi YAP Siyəzən rayon Təşkilatı ilə birgə 12-14 aprel tarixlərində şəhər mədəniyyət sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Yeniyetmələr arasında şahmat idman növünə və intellektual oyunlara marağın artırılması, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, rayonda şahmatın inkişafı və təbliğ olunması məqsədi ilə keçirilən yarışda şəhər tam orta məktəblərinin 36 şagirdi mübarizə aparıb. Yarışlar İsveçrə sistemi üzrə təşkil olunub.

Üç gün davam edən yarışların yekun nəticəsinə əsasən Əliyar Heydərov birinciyə, Aqşin Babayev ikinciyə, Sabir Ramazanov və Rüstəm Əhmədov isə üçüncü yerlərə layiq görülüblər.

Sonda yüksək yer tutmuş yeniyetmələr Siyəzən rayon Gənclər və İdman idarəsi və YAP Siyəzən rayon Təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 835 dəfə oxundu.