Ağcabədidə rayon turniri keçirilib
Aprelin 5-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Karate-do idman növü üzrə rayon turniri keçirilib.

Ağcabədi Rayon Mərkəzi Stadionunda 42 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi olub.

Sonda Toğrul Qənbərov, Azər İsmayılov, Vüsal Cəfərov, Amil Abbaszadə, Nəcməddin Bünyadov yüksək yerlərə layiq görülüblər.

Xəbər 734 dəfə oxundu.