Ağcabədidə taekvondo üzrə rayon turniri keçirilib
Aprelin 10-da Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş taekvondo idman növü üzrə rayon turniri keçirilib.

Ağcabədi Rayon mərkəzi stadionunda 50 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi olub.

Sonda Cəsarət Həsənov (30 kq), Səfər Fətəliyev (33 kq), İftixar Cəfərov (37 kq), Anar Hüseyinli (41 kq), Həsən Həsənov (45 kq), Orxan Həsənov (49 kq), Şamil Şirinzadə (45 kq), Rüfət Mustafayev (48 kq), Babək Əliyev (51 kq), Fərid Məhərrəmov (55 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 773 dəfə oxundu.