Binəqədidə rayon birinciliyi keçirilib
Aprelin 10-11-də Binəqədi rayonunda Gənclər və İdman İdarəsi tərəfindən keçirilən XXV Spartakiadanın Proqramına daxil olan 4-növçülük üzrə rayon birinciliyi keçirilib.

244 saylı məktəbdə 25 komanda tərkibində 300 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, rayonun yığma komandasının şəhər birinciliyində çıxışının təmin edilməsi olub.

Sonda birinciyə 244, ikinciyə 313, üçüncü yerə 267 saylı məktəb-liseyin komandaları layiq görülüblər.

Xəbər 899 dəfə oxundu.