Şəkidə voleybol üzrə şəhər birinciliyi keçirilib
Aprelin 10-da ali və orta ixtisas məktəblərinin tələbələri (qızlar) arasında voleybol üzrə şəhər birinciliyi keçirilib.

Şəki şəhər idman sağlamlıq mərkəzində 80 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi perspektivli idmançıları aşkar edərək zona komandasına cəlb etmək olub.

Sonda birinciyə pedaqoji kollec, ikinciyə musiqi kolleci, üçüncü yerə AMİ-nin Şəki filialının komandası layiq görülüblər.

Xəbər 1395 dəfə oxundu.