76-cı AİPS konqresi
113 ölkənin birləşdiyi AİPS milli assosasiyasının idman jurnalistləri gələn həftə, 2014-cü ildə Qış Olimpiya və Paralimpiya oyunlarının keçiriləcəyi Soçi şəhərində Rusiyanın idman naziri Vitali Mutkonun iştirakı ilə AİPS konqresinin rəsmi açılışı üçün bir yerə toplaşacaqlar.

İdman.com.az saytının məlumatına görə, AİPS-in dörd illik İcra Komitəsinin seçkisi aprelin 17-də səhər saatlarında keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, prezident və birinci vitse-prezident vəzifələri üçün mövqelər inkarolunmazdır. Namizədlərin bir çoxu : xəzinədar (1 ),vitse-prezident (4), üzvlər üçün (13) artıq qeydiyyatdan keçiblər.

Qeyd edək ki, 2 namizəd artıq namizədlik siyahısından: Əl Hacen Məhəmməd (vitse-prezident və İcraiyyə Komitəsinin üzvü) və xanım Kucabi-Nce Sainabo (İcraiyyə Komitəsinin üzvü) namizədlikdən geri çəkiliblər.

Tərcümə edən: Aynurə


Xəbər 741 dəfə oxundu.