Tərtərdə rayon birinciliyi keçirilib
Aprelin 3-7-də Tərtər rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin “90” illik yubleyinə həsr olunmuş 16-17 yaşlı oğlanlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Tərtər şəhər 6 saylı tam orta məktəbin voleybol meydançasında 16 komanda, hər komandada 6 nəfər şagird, ümumilikdə 96 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərin sağlam ruhda böyüməsi, yüksək qabliyyətli idmançıların aşkar olunması, və idmana marağın artırılması olub.

Sonda birinciyə Xoruzlu, ikinciyə Burc, üçüncü yerə Kəngərli kənd tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 935 dəfə oxundu.