Valentin Xristov ikiqat Avropa çempionu olub
Albaniyanın paytaxtı Tiranada kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Çempionatda ilk medalı milli komandamıza Silviya Angelova (48 kq) qazandırıb. Atletimiz yarışın gümüş medalı ilə kifayətlənib.
Digər atletlərimiz Valentin Xristov və Zülfüqar Süleymanov (62 kq) uğurla çıxış ediblər. Ötən il Türkiyənin Antalya şəhərində keçirilən qitə birinciliyində 56 kiloqram çəki dərəcəsində çempion olan Valentin Xristov Tiranada bütün rəqiblərini qabaqlayaraq ikiqat Avropa çempionu olub.

Uzun müddət diskvalifikasiya üzündən yarışlardan kənar qalan Zülfüqar Süleymanov çempionatın bürünc medalını qazanıb.

Qeyd edək ki, 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında üçüncü olan Z.Süleymanov, bir il sonra Minskdəki qitə birinciliyində gümüş medala sahib olmuşdu.

AzərTAc

Xəbər 1177 dəfə oxundu.