«Qarabağ» «İnter»lə oyunun hazırlıqlarına başlayıb
«Qarabağ» «İnter»lə oyunun hazırlıqlarına başlayıb. Premyer Liqanın XXVI turunda «bankirlər»lə qarşılaşacaq Ağdam təmsilçiləri «Neftçi» matçından sonrakı iki günlük istirahətini başa vuraraq məşqlərə start verib.

Komanda dünən tək çalışmasını Suraxanı qəsəbə stadionunda keçib. Son oyunları zədə səbəbindən buraxan Branimir Subaşiç və Vaqif Cavadov artıq komanda ilə birlikdə məşqdə iştirak edib. Hər 2 futbolçu uzun müddətli zədədən sonra artıq kollektivlə çalışmalarda «tər töküblər». Onların «İnter»lə oyunda meydana çıxıb-çıxmayacağı həftəsonuna qədər məlum olacaq.

Bu gün Qurban Qurbanov yetirmələrinə bir məşq keçəcək. Hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 17.00-da start götürəcək.

Xəbər 823 dəfə oxundu.