Futbol üzrə Türkiyə Superliqasında 28-ci tura yekun vurulub
Son oyun günündə daha bir oyun keçirilib. "Bursaspor" öz meydanında "Beşiktaş"a heç bir şans verməyib. Rəqib qapısına 3 cavabsız qol vuran "Bursaspor" xalını 43-ə çatdıraraq beşinci yerini qoruyur.

Qeyd edək ki, turnir cədvəlinə 56 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 52 xalla ikinci, "Beşiktaş" isə 46 xalla üçüncü yerdədir.

5 aprel
Türkiyə Superliqasında 28-ci turun oyunları

"Antalyaspor" - "Kasımpaşaspor" - 3:2
Qollar: Diarra, 30 (1:0), Tita, 35-pen (2:0), Hurmacı, 41 (2:1), Diarra, 61 (3:1), Uçe, 71 (3:2)

6 aprel
"İstanbul BB" - "Karabükspor" - 2:2
Qollar: Madueyra, 21 (1:0), Holmen, 26-pen (2:0), Parlak, 45-pen (2:1), Unal, 58 (2:2)

"Kayserispor" - "Elazığspor" - 4:1
Qollar: Bobo, 7 (1:0), Bilika, 29-avtoqol (2:0), Kaloğlu, 34-pen (2:1), Mouçe, 47 (3:1), 68 (4:1)

"Qalatasaray" - "Mersin İdmanyurdu" - 3:1
Qollar: Eser, 3 (0:1), Melo, 31-pen (1:1), Droqba, 70 (2:1), Droqba, 84 (3:1)

7 aprel
"Gənclərbirliyi" - "Qaziantepspor" - 2:2
Qollar: Durmaz, 8 (1:0), Şahin, 51 (1:1), Vleminks, 63 (2:1), Kouemaha, 76 (2:2)

"Akhisar Bələdiyyəspor" - "Trabzonspor" - 1:0
Qol: Gekas, 74 (1:0)

"Orduspor" - "Fənərbaxça" - 0:2
Qollar: Salih Uçan, 38 (0:1), 57 (0:2)

"Eskişehirspor" - "Sivasspor" - 2:1
Qollar: Pieç, 45 (0:1), Sari, 61 (1:1), Kamara, 79 (2:1)

8 aprel
"Bursaspor" - "Beşiktaş" - 3:0
Qollar: Pinto, 15 (1:0), Batalla, 36 (2:0), Kiraz, 65 (3:0)

Xəbər 855 dəfə oxundu.