"Xəzər Lənkəran" məşqlərə başladı
Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində “Turan”la qarşılaşacaq “Xəzər Lənkəran” bir günlük istirahətin ardından bir araya gəlib. Cənub klubu aprelin 8-də paytaxt Bakıda toplanaraq Lənkərana yollanıb.

Saat 14:00-da doğma şəhərə çatan komanda 3 saat ərzində istirahət etdikdən sonra saat 17:00-da stadionun yardımçı meydançasında məşqə çıxıb. Ötən tur “Kəpəz”lə keçirilən oyunda iştirak edən futbolçular 40 dəqiqə, ehtiyat skamyada oturan futbolçular isə bir saat ərzində hazırlıq prosesində iştirak ediblər.

Qeyd edək ki, “Xəzər Lənkəran” aprelin 9-da iki dəfə məşq edəcək.

Xəbər 849 dəfə oxundu.