İspaniya mətbuatı fasiləsiz xəbərlər verir
İspaniya mətbuatı Çempionlar Liqasında “Real”a rəqib olan “Qalatasaray” haqda fasiləsiz xəbərlər verir.

İdman.com.az saytının məlumatına görə, “Marca” qəzeti “Qalatasaray”ın “Mersin”lə qarşılaşması zamanı baş verən insident barəsində yazıb. Xəbər “Qalatasaray” hakimi xilas etdi” başlığı altında verilib.

Qeyd edək ki, oyundan bəhs edən bu xəbərdə “sarı-qırmızılar”ın hakimə tərəf qaçan azarkeşi tutaraq meydandan kənarlaşdırdığı bildirilib.

Aynurə

Xəbər 1060 dəfə oxundu.