Selçuk İnan "Real" matçı ilə bağlı fikirlərini bildirib
"Qalatasaray"ın yarımmüdafiəçisi Selçuk İnan bu gün Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Real" matçı ilə bağlı fikirlərini bildirib.

Futbolçu oyunun çətin olacağını açıqlayıb:
"Fatih Terimlə iki il əvvəl komandaya gəldiyimizdə pis vəziyyətdəydik. Bu gün isə ən güclü son 8 komandadan biriyik. Futbolçular Fatih Terimlə qürur duyur. Dünyanın ən yaxşı komasıyla oynayacağıq. Qürurla matça çıxacağıq. Oyun çətin olacaq. Çətin də olsa əlimizdən gələni edəcəyik".

Xəbər 857 dəfə oxundu.