Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Oyunlar Türkiyə və Almaniyada baş tutacaq.

Azərbaycanlı azarkeşlərin də maraqla izlədiyi “Qalatasaray” “TT Arena”da Madrid “Real”ını qəbul edəcək. İlk görüş də 3:0 hesablı qələbə qazanan madridlilər bu oyuna rahat çıxacaq. “Qalatasaray” isə Burak Yılmazsız mübarizə aparmalı olacaq.

Növbəti görüşdə isə “Borussiya” öz meydanında “Malaqa”nı qəbul edəcək. İspaniyadan qolsuz bərabərliklə qayıdan almanlar növbəti mərhələyə keçmək üçün yalnız qələbə qazanmalıdı. “Malaqa” isə qollu heç-heçə sayəsində yarımfinala vəsiqə qazanacaq.

23:45. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya)
23:45. “Borussiya” (Almaniya) – “Malaqa” (İspaniya)

Xəbər 1170 dəfə oxundu.