Şəkidə şəhər birinciliyi keçirilib
Aprelin 5-də Şəki şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında yaz çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi yarışı keçirilib.

Şəki şəhər stadionunda 150 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, gənclərə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olub.

Sonda birinciyə Oxud kənd, ikinciyə 8 saylı, üçüncü yerə Qoxmuq kənd tam orta məktəbin komandası layiq görülüblər.

Xəbər 1099 dəfə oxundu.