Ağcabədidə rayon turniri keçirilib
Aprelin 5-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Karate-do idman növü üzrə rayon turniri keçirilib.

Ağcabədi rayon mərkəzi stadionunda 42 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi olub.

Sonda Toğrul Qənbərov (9-10 yaş), Azər İsmayılov (11-12 yaş), Vüsal Cəfərov (13-14 yaş), Şamil Abbaszadə (15-16 yaş), Nəcməddin Bünyadov (17-18 yaş) birinci yerə layiq görülüblər.

Xəbər 766 dəfə oxundu.