Fatih Terim cəzalana bilər
"Qalatasaray"ın baş məşqçisi Fateh Terim "Mersin" matçında maraqlı hərəkətləri ilə yadda qalıb.

Hakim Süleyman Abay Terimi tribunaya göndərib. Baş məşqçi 3 matç cəzalana bilər. Belə ki, "imperator", hakim Süleyman Əbaya söyüş söyüb. Terim Süleyman Abaya "Topu sizə doğrumu vurdum? Biz də insanıq. Buna reaksiya verməyəcəyikmi? Siz gedin..." kimi ifadələr işlədib. Bunnda başqa hakim komandanın köməkçi məşqçilərini də tribunaya göndərib.

Xəbər 832 dəfə oxundu.