Orxan Əliyev əməliyyat olunub
Mütəmadi olaraq müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarına dəvət alan Orxan Əliyev əməliyyat olunub. Əməliyyat ön bağ yaralanması diaqnozu ilə Almaniyada keçirilib.

Qeyd edək ki, təxminən 10 gündən sonra klinikada Orxan Əliyevin zədəsinin reabilitasiyasına başlanacaq. Tam müalicə kursu 6 ay davam edəcək. Bütün müalicə xərcləri AFFA tərəfindən ödəniləcək.

Xəbər 1015 dəfə oxundu.