Mançesterdə derbi həyəcanı
Bu gün İngiltərə Premyer Liqasının XXXI turunun son oyunu keçiriləcək. İki Mançester təmsilçiləri “Mançester Yunayted” və “Mançester Siti” üz-üzə gələcək.

Əgər “qırmızı-şeytanlar” bu derbidən qalib ayrılarsa, tarixində 21-ci dəfə liqa çempionluğunu yaşayacaq. Birinci dövrədə keçirilən qarşılaşmada Ferqyusonun yetirmələri “şəhərlilər”dən üstün olmuşdu – 2:3.
Qeyd edək ki, matç “Old Trafford” stadionunda Bakı vaxtilə 00:00-da başlayacaq.

Xəbər 789 dəfə oxundu.