"Brayton Bəyannamə"si təsdiqlənib
Qətər Olimpiya Komitəsi tərəfindən idmanda qadınların iştirakını dəstəkləmək və sağlam mühitin inkişaf etdirilməsi üçün "Brayton Bəyannamə"si təsdiqlənib.

İdman.com.az saytının məlumatına görə, Dohada Hilton Otelində təşkil olunmuş mərasimdə QOK-nin baş katibi Şeyx Səid Əl Tani "Qadın və İdman üzrə Beynəlxalq İşçi Qrupu " ilə birgə qatıldığı tədbirdə bəyannaməni imzalayıb. Bu saziş hökumət və dövlət orqanlarının problemlərini, biznesi, digər müvafiq təşkilatların təbliğini və ən əsası idmanda qadınların inkişafını dəstəkləyir.

"Brayton Bəyannaməsi" ni 335 dünya şöhrətli idman təşkilatları təsdiq edib.

Şeyx Səid Qətər Qadın İdman Komitəsinin sədri xanım Əhləm Salem tərəfindən həyata keçirilən tədbirdən sonra onun gördüyü ilk işlərdən uğurla danışıb: “ Biz bu gün burada qadınların idmanda daha da fəal iştirakı üçün çox mühüm bəyannamə imzalamaq üçün toplaşmışıq. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindən etibarən biz qadınların idmanda iştirakını daim dəstəkləmişik və bunu daha da təkmilləşdirməyə çalışmışıq. Ümid edirəm ki, burada bütün qadınların idmanda rəsmi məsul komitəsinin yaradılması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Son illər Qətərdə qadınlar bir çox idman tədbirlərində, ilk öncə isə Busan Asiya oyunları (2002), Dohada Asiya Oyunları (2006), Quanqzou Asiya Oyunları (2010) və keçən il isə London Olimpiya Oyunlarında iştirak ediblər. Qətərdə Şeyx Təmim bin Həməd Əl Taninin rəhbərliyi bizlər üçün çox unudulmaz olub. Bu təriflər elə həmçinin xanım Əhləm Salem Mübarəkə də aid etmək olar. Onun son zamanlar gördüyü işlərdən isə ağız dolusu söz aça bilərik

Hesab edirəm ki, bu gün idman ictimaiyyətinin bütün üzvləri və idmanın inkişafı üçün böyük işlər görəcəyik. 2018-ci ilə kimi nailiyyətlərimiz çox olacaq. Bu hadisəni reallığa çevirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik" deyə Şeyx Səid bildirib.

Aynurə



Xəbər 879 dəfə oxundu.