Qəbələdə sərbəst-güləş üzrə zona yarışı keçirilib
3-6 aprel tarixlərində Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İdman Məktəblərinin VI Respublika Oyunlarının proqramına daxil olan sərbəst-güləş üzrə 11-12 yeniyetmələr arasında zona yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd, respublikada sərbəst-güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması, həmçinin onların idman ustalıqlarının artırılması, idman məktəblərinin işinə baxış, yığma komandalara namizədlərin hazırlanması və olimpiya idman komplekslərindən səmərəli istifadə etməkdən ibarət olub.

Zona birinciliyində respublikanın 14 rayonundan 140-a qədər güləşçi mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən Miryusif Rüstəmov (26 kq, Bərdə), Əjdər Vəliyev (29 kq, Xaçmaz), İbrahim Eyvazov (32 kq, Şamaxı), Həsrət Maqsudov (35 kq, Şabran), Muradağa Ağamalıyev (38 kq, Siyəzən), Elşən Ələkbərov (42 kq, Xızı), Tural Səfərov (45 kq, Siyəzən), Şahin Bədirli (48 kq, İsmayıllı), Orxan İsmayılov (52 kq, Yevlax), Məhəmmədəli Baxşıyev (56 kq, Qobustan), Murad Şəfiyev (60 kq,Qəbələ), Murad Yusifzadə (65 kq, Xaçmaz), Alxan Abdullayev (75 kq, Yevlax) Fərman Şükürov (80 kq, Ağdam) birinci yerlərə layiq görülüblər.

Sonda qaliblər Balakən rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 1142 dəfə oxundu.