Toşak ilk qələbəsini qazandı
Bu gün Topaz Premyer Liqasında XXV tur çərçivəsində 3 matç keçirilib. İdman.com.az saytı xəbər verir ki, Qəbələdə açılışı olan turun bugünkü görüşləri paytaxda baş tutub.

Həmin qarşılaşmalarda ilk “altılıq”da növbəti mübarizə sona çatıb. “Neftçi” ilə “Qarabağ”ın mücadiləsində, yenə də Qurban Qurbanovun komandası “ağ-qaralar”dan güclü olublar - 2:1.

Çempionluğa iddialı digər komanda “İnter” isə qitə miqyaslı turnirə çıxmağa çalışan “Bakı”nın məğlubiyyətsiz oyunlar seriyasını qırıb. Nəticədə, onların “Qarabağ”ın qələbəsi sayəsində “Neftçi” ilə xal fərqi də 1-ə enib.

“Kəpəz”lə “Xəzər Lənkəran” ilk dəfə Bakıda üzləşiblər ki, qonaqların uelsli baş məşqçisi Con Toşak da ilk qələbəsini Mərdəkanda qazanıb. Lənkəran təmsilçisinin 2 qoluna gəncəlilər 1 dəqiq zərbə ilə cavab verə biliblər.

Topaz Premyer Liqası. XXV tur
6 aprel

“Neftçi” – “Qarabağ” - 1:2
Qol: Bahodir Nasimov, 87 - Riçard Almeyda, (pen.) 35, 68
Qırmızı vərəqə: İqor Mitreski, 45

“Kəpəz” – “Xəzər Lənkəran” - 1:2
Qol: Elvin Həsənəliyev, 88 - Dmitrios Sialmas, 31; Adrian Pit, 45

“Bakı” – “İnter” - 1:2
Qol:Aqil Nəbiyev, 90+3 - Asif Məmmədov, 68; Yuri Fomenko, 82

Xəbər 1018 dəfə oxundu.