Dede «Milan»a razılıq verdi
«Vasko da Qama»nın və Braziliya yığmasının müdafiəçisi Dede vital yay transfer dövründə «Milan»a keçməyə razılıq verib. İdman.com.az saytı xəbər verir ki, 24 yaşlı futbolçu italyan klubu ilə şəxsi müqaviləsini razılaşdırıb.

Bu sazişə əsasən o, Milanda ildə 2,5 milyon avro alacaq. Sazişin tamamlanması üçün «Milan» indi «Vasko da Qama»nın rəhbərliyini razı salmalıdı. «Rossoneri»lər futbolçu üçün braziliyalılara 12 milyon avro ödəməyə hazırdılar.

Xəbər 1092 dəfə oxundu.