«Özünü bəyənən» Terim
Madrid «Real»ının «Qalatasaray»la matçına italyan mətbuatı geniş yer ayırdı. «La Gazzetta dello Sport» internet saytında matç haqqında, «Qalatasaray» «Real»a asan rəqib oldu» başlıqlı yazıda türk klubunun ən böyük probleminin hücumlarda ortaya çıxdığı qeyd olunur, bu sahədə islah edəcək çox şeyin olduğu və topu hər itirdiklərində rəqibə sürətli əkshücum üçün yol açdıqları bildirilir.

Matçda Burak Yılmaz və Sneyderin nəzərə çarpmadıqları, sürətlərinin aşağı olduğu və «Real»a çata bilmədikləri yazılır.
«İtalia1» kanalında canlı yayımlanan matç əsnasında İtalyan yıtmasının keçmiş oyunçusu Aldo Serenanın şərhləri diqqəti çəkdi. Fatih Terim haqqında «özünü bəyənən» ifadəsini istifadə edən keçmiş futbolçu, «qızğın imperator» adlandırdığı Terim barədə «Özünə güvənmək yaxşıdı, amma «Real» kimi bir komandanın qarşısına keçib açıq oynasa, nəticə bu olar» fikrini söyləyib.

«Tutto Sport» qəzetinin internet saytında isə «Qalatasaray»ın 3:0-lıq məğlubiyyətin ardından yarımfinalı görməsinin çətin olduğu yazılarkən, türk klubunun Droqba başda olmaqla, cəhdlərində «Real»ın qapısını bütün komandanın qoruduğu söylənilir. Kasilyasınsa yoxluğunun hiss edilmədiyi bildirilir.

İdman.com.az xəbər verir ki, «CorriereDello Sport»un saytında da «Yarımfinal Maurinyonun cibində» başlıqlı yazıda «Qalatasaray»ın yaxşı bir oyun göstərmədiyi və «Real»ın yarımfinalı özünə təmin etdiyi bildirilir.

Xəbər 906 dəfə oxundu.