«Barselona» Papanı dəvət edir
«Barselona»nın prezidenti Sandro Rossel futbolçulardan Lionel Messi və Havyer Maskerano ilə birgə Roma Papası Fransiskə «Kamp Nou»ya açıq dəvət məktubu göndəriblər. İdman.com.az saytı xəbər verir ki, namədə katoliklərin başçısına həmyerlilərinin oyununa canlı baxmaq tövsiyyə edilir:

«Barselona»nın prezidenti kimi Sizinlə futboldan kənar da ümumi maraqları tapmaq böyük şərəfdir. Burada bizim sevimli komandaların rəngləri uyğun gəlir. Mənim anna xətti ilə əcdadlarımın əslən

Argentinadan olmaları xüsusi hisslər yaradır. Bu ölkə də mənə çox yaxındır. Biz Sizi «Kamp Nou» stadionuna gələrək «Barselona»nın və iki həmvətəninizin – Lionel Messi və Havyer Maskeranonun oyunundan həzz almağa çağırırıq. Onlar da bu məktubu imzalayıblar».

Xəbər 446 dəfə oxundu.