Essyen «Çelsi»yə dönəcək
«Çelsi»nin yarımmüdafiəçisi, icarə əsasında «Real»da çıxış edən Maykl Essyen mövsümün sonunda Londona dönəcəyini deyib. İdman.com.az saytı xəbər verir ki, yarımmüdafiəçi Madriddə özünü rahat hiss etmir:

Mənim gələcəyim məsələsində heç bir dəyişiklik baş verməyib. Mən «Çelsi»nin oyunçusuyam və «Real»da ancaq icarə əsasında oynayıram. Açıq görünür ki, londonlular keçid mövsümünü yaşayırlar.

Növbətidə isə komanda yenə də bir neçə mükafata iddialı olacaq». Cari mövsümdə Essyen «Real»ın formasını müxtəlif turnirlərdə 27 dəfə geyinib və 1 qol vurub.

Xəbər 937 dəfə oxundu.