Turenin 42 milyonluq müqaviləsi
«Mançester Siti» 29 yaşlı yarımmüdafiəçisi Yaya Ture ilə yeni müqavilə imzalayıb. İdman.com.az saytı xəbər verir ki, saziş 4 illik müddətə nəzərdə tutulub. Kotdivuarlı futbolçunun maaşı indi həftəyə 220 min funt olacaq. Bununla da müqavilənin ümumi məbləği 42 milyon funta bərabər olacaq.

Turenin agenti Dmitri Selyuk öncə futbolçunun, yeni müqavilə təklif edilməyəcəyi təqdirdə, klubu tərk edəcəyini bildirmişdi. Cari mövsümdə Ture İngiltərə çempionatında 25 oyun keçirib və 5 qol vurub.

Xəbər 977 dəfə oxundu.