Kompani uğrunda mübarizədə
«Mançester Siti»nin və Belçika yığmasının 26 yaşlı müdafiəçisi Vensan Komani «Real»ın və «Bavariya»nın maraq dairəsinə düşüb. İdman.com.az saytı xəbər verir ki, öncə «Barselona» futbolçu üçün mançesterlilərə 23 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi.

Lakin «şəhərlilər» 35 milyondan aşağı məbləğə heç danışıqlara başlamağı da düşünmürlər. Kompaninin komandadan mümkün gedişinin səbəbi baş məşqçi Roberto Mançini ilə münaqişəsidir.

Mançinin futbolçunun zədəli halda ölkəsinin yığmasında oynamasından narazılığını bildirmişdi. Cari mövsümdə Kompani İngiltərə çempionatında 21 oyun keçirib və 1 qol vurub.

Xəbər 868 dəfə oxundu.