Kaladze vida matçı keçirəcək
Kaxa Kaladze mayın 31-də vida matçı keçirəcək. İdman.com.az saytı xəbər verir ki, həmin matça tanınmış gürcü futbolçularla yanaşı, «Milan»ın, «Cenoa»nın və Kiyev «Dinamo»sunun oyunçuları da qatılacaqlar. Kaladze karyerasına ötən ilin mayında son qoyub.

O, Tbilisi «Dinamo»su ilə 4 dəfə ölkəsinin çempionu olub, 3 dəfə superkubokunu qazanıb. Kiyevlilərlə Ukraynanın çempionatının və kubokunun 3-qat qalibidir.

«Milan»la isə iki dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin İtaliya çempionu, həmin ölkənin kubokunun və superkubokunun sahibi, Avropa Superubokunun və klublararası dünya çempionatının qalibi olub. Gürcüstan yığmasında 83 oyun keçirib və 5 dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.

Xəbər 1197 dəfə oxundu.