İrahimoviç Runini PSJ-yə çağırır
PSJ-nin forvardı Zlatan İbrahimoviç klub rəhbərliyinin «Mançester Yunayted»dən Ueyn Runini gətirmək istəyinə anlayışla yanaşıb. İdman.com.az saytı xəbər verir ki, daha öncə PSJ-nin Runi üçün 46 milyon avro ödəməyə hazır olması ilə bağlı xəbər yayılmışdı. İsveçli futbolçunun sözünə görə, rəhbərlik Paris klubunu əsl nəhəngə çevirmək istəyir:

«Runi dünyanın 10 ən yaxşı hücumçusu sırasındadı. Bu səbəbdən onu əldə etmək istəyən PSJ rəhbərliyini çox yaxşı başa düşürəm. Düşünürəm ki, Ueyn bizimlə son illərin ən yaxşı futbol layihəsinin bir parçası olmağa şansını yaxşı anlayır. PSJ daxili arenada uğurlarla kifayətlənməyəcək. Klub rəhbərliyinin iddiası daha böyükdür».

Xəbər 880 dəfə oxundu.