Siyəzəndə rayon birinciliyi keçirilib
Siyəzən rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Aprelin 5-də şəhər stadionunda X-XI sinif şagirdləri arasında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Gənclərdə vətənpərvərlik və vətənədaşlıq tərbiyəsinin möhkəmləndirilməsi, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, onların ordu sıralarına xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, idman oyunlarının keyfiyyət və kütləviliyinin artırılması məqsədi ilə təşkil olunan birincilikdə rayon tam orta məktəblərinin 12 komandası yarışların proqramına daxil edilmiş 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə mübarizə aparəblar.

Yekun nəticəyə əsasən şəhər birinciyə 1, ikinciyə 2 saylı tam orta məktəbin komandası üçüncü yerə Yenikənd kənd və Gilgilçay qəsəbə tam orta məktəblərin komandaları isə layiq görüblər.

Sonda qalib gəlmiş komandalar rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, birinci yeri tutmuş komanda yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının zona yarışlarında rayonu təmsil etmək hüququ qazanıb.

Xəbər 909 dəfə oxundu.