Luka Din “Barselona”nın maraq dairəsinə düşüb
“Lill”in müdafiəçisi Luka Din “Barselona”nın maraq dairəsinə düşüb.

Gənc futbolçuya iyulda 34 yaşını qeyd edəcək Erik Abidalın əvəzləyicisi kimi baxılır. Katalonlar bir neçə aydı ki, 19 yaşlı oyunçunu izləyir.

Fransanın gənclərdən ibarət yığmasının üzvü ilə “Mançester Yunayted”, “Mançester Siti”, “Real” və PSJ də maraqlanır.

Luka Din bütün turnirlərdə “Lill”in heyətində 35 oyun keçirib.

Xəbər 1044 dəfə oxundu.