«Tottenhem» ciddi itki ilə üzləşib
Avropa Liqasının 1/4 final mərhələsində «Bazel»i qəbul edən «Tottenhem» ciddi itki ilə üzləşib. London klubunun heyətində Qaret Bale zədələnib.

Uelsli futbolçu rəqibi ilə mübarizədə sağ ayağından ciddi zədə alıb və meydanı xərəkdə tərk edib. Zədənin vəziyyətinə bu gün aydınlıq gələcək. İlkin ehtimallar görə Bale bu zədə səbəbindən mövsümü erkən bitirə bilər.

Baledən başqa «Tottenhem»də Uilyam Qallas və Aaron Lennon da zədə səbəbindən matçı başa çatdıra bilməyib.

Xəbər 827 dəfə oxundu.