«Qəbələ»də daha bir itki
«Qəbələ» daha bir futbolçusunun xidmətindən məhrum olub. Komandanın müdafiəçisi Vurğun Hüseynov sıradan çıxıb.

Futbolçu komandanın dünənki məşqində zədələnib. Zədənin nə qədər ciddi olduğu hələlik bilinməsə də, Hüseynovun bu gün «Simurq»a qarşı oynamayacağı dəqiqdi.

Qeyd edək ki, «Simurq»la oyunda digər zədəli futbolçu Ceyhun Sultanov da iştirak etməyəcək.

Xəbər 880 dəfə oxundu.