Aykut Kocaman açıqlama verib
“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman oyundan sonra açıqlama verib.

İdman.com.az saytının məlumatına görə, Aykut Kocaman matç haqqında fikirlərini belə ifadə edib: “İkinci yarıda çətin anlar yaşadıq. Burada çətin ötürmələr və məcburi driblinqlər oldu. Düzdü bizim üçün bir qədər çətin idi. Belə bir oyun heç də asan olmur. Bəzi vaxtlar tribunalarda azarkeşlərin narazılıqlarını eşidirdik. İkinci hissədə bir qədər tərəddüddən sonra təşəbbüsü ələ almağı bacardıq və nəhayət ki, 2 qol vurduq”.

Xatırladaq ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günü qarşılaşmasında “Fənərbaxça” “Latsio” komandasını 2:0 hesabı ilə məğlub edib.

Xəbər 808 dəfə oxundu.