Ulduz futbolçu zədələnib
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bazel”lə qarşılaşan “Tottenhem”də Qaret Beyl ciddi zədə alıb.
İdman.com.az saytının məlumatına görə, oyunun ilk dəqiqələrində futbolçu sağ ayağından zədələnərək bir müddət yerdə qalıb.

Beylin 2 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, “Tottenhem” - “Bazel” oyunu 2:2 hesablı ilə başa çatıb.

Xəbər 823 dəfə oxundu.