Ağsuda güləş üzrə rayon birinciliyi keçirilib
Aprelin 3-də Ağsu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib.

DİNİC-nin Ağsu rayon Əlbəyaxa döyüş və güləş zalında 60 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək və rayonumuzda sərbəst güləş idman növünün inkişafına nail olmaq olub.

Xəbər 786 dəfə oxundu.