«Barselona»da kimlərin yeri yoxdur?
İspan «Barselona»sının keçmiş oyunçusu Xristo Stoiçkov komandanın indiki heyəti ilə bağlı fikirlərini bildirib. İdman.com.az saytı xəbər verir ki, bolqarıstanlı mütəxəssis «göy-narıncılar»da artıq futbolçuların olduğunu deyib:

«Barselona» Quardiolanın dövründəkinə nisbətən zəifləyib. Yalnız kor insan bununla razılaşmaya bilər. Lakin komandanın səviyyəsi yenə də elə yüksəkdi ki, ona mövsümün çox hissəsində dominantlıq etməyə imkan verir. Bununla belə, «Barselona»da yeri olmayan futbolçular var. Mən ad çəkməyəcəm. Hər kəs onsuz da bunların kim olduğunu bilir. Ümid edirəm ki, klub rəhbərliyi düzgün nəticələr çıxaracaq».

Xəbər 937 dəfə oxundu.