Bekhem müqaviləsini uzada bilər
PSJ-nin yarımmüdafiəçisi Devid Bekhem komandası ilə müqaviləsini gələn mövsüm üçün də uzatmasının mümkünlüyünə işarə edib. İdman.com.az saytı xəbər verir ki, 37 yaşlı ingilis futbolçunun hazırkı müqaviləsinin müddəti bu ay bitir. «LEquipe» Bekhemin sözü dərc edib:

«Kim belə klubda qalmaq istəməzdi ki? Onların mənim PSJ-də qalıb oynamağımı istəmələri çox xoşdur». Ulduz futbolçu ilə müqavilənin uzadılmasına marağı komandanın baş məşqçisi Karlo Ançelotti «Monpelye»yə qarşı 30-cu tur oyunundan sonra bildirib:

«Bu, klubun, oyunçuların və məşqçilərin qərarıdı və mən onu dəstəkləyirəm».

Xəbər 1027 dəfə oxundu.