«Sumqayıt»ın 2 futbolçusu sağaldı
Premyer Liqanın XXV turunda «Rəvan»la qarşılaşacaq «Sumqayıt» hazırlığını davam etdirir. Komanda bu gün «Bayıl Arena»da növbəti məşqini keçirib.

Zədəli Orxan Əliyev və Pərdis Fərca-Azad bu dəfə də hazırlıq prosesində iştirak etməyib. U-21-in heyətində zədə almış Slavik Alxasov komandaya qoşulub. Yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənən Emin Cəfərquliyev və Can Akgün artıq tam hazır vəziyyətə gəlib.

Xəbər 920 dəfə oxundu.